Yeni doğulmuş körpələrdə göbəyə qulluq

Ana bətnində uşağın qidalanmasını təmin edən göbəkbağı doğumdan sonra kəsilir və qısa müddət ərzində quruyaraq qəhvəyi rəngə çalır.

Göbəkbağı əsasən ilk 2-3 həftə ərzində düşür.Bəs göbəkbağına necə qulluq etmək lazımdır?…

***Uşağınızın bezini dəyişərkən belini göbəyinin altında bağlamağa çalışın.Beləliklə, göbəkbağın sidiyi ilə islanmaz və daha tez quruyar.

***Göbəkbağının düşməsində ən vacib amillərdən biri də quru qalmalıdır. Buna görə də göbəkbağının dibini tez-tez iftirazatlardan təmizləsəniz, yaxşı olar.Göbəkbağında sinif hüceyrəsi olmadfığı üçün uşağınız ağrı hiss etməyəcək.

***Göbəkbağının quruması üçün müxtəlif maddələrdən istifadə etmək əvəzinə öz-özünə düşməsinə çalışın.Son vaxtlar aparılan tədqiqatlar da göbəkbağının təbii şəkildə qurulmasının düşməsini sürətləndirildiyini göstərir.

***Bəzən valideynlər uşağın göbəyini “düzəltməyə”çalışırlar. Halbuki göbəyin forması anadangəlmə olur və heç bir müdaxilə etməyə ehtiyacı yoxdur.

***Bəzən göbəkbağı düşdükdən sonra sarımtıl ifrazat olur. Buna tibbi dildə “ umbilikal granulom” deyilir. Həkiminiz belə hallarda gümüş nitratdan istifadə edərək ifrazatın qarşısını ala bilər.

***Göbəkbağı düşdükdən sonra müşahidə edilən hallardan biri də qanamadır.Bunun üçün əvvəlcə göbəyə 10dəqiqə pambıq qoyun.Əgər qanama dayanmazsa,həkiminizə müraciət edin.

***Əgər göbəkdə sarı iltihablı ifrazat varsa və pis iy verirsə ya da göbəyin ətrdafında qızartı və şiş müşahidə edirsinizsə həkiminizlə məsləhətləşin